`Bakı` `Qarabağ`la oyuna 3 itki ilə çıxacaq

`Bakı` `Qarabağ`la oyuna 3 itki ilə çıxacaq
  09 Mart 2014    Oxunub:1067
"Bakı" bu gün Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq. AzVision.az Azerisport.az-a istinadən xəbər verir ki, ötən gün bu komanda oyun öncəsi son məşqini keçirib.

Hazırlığa yüngül qaçış və isinmə hərəkətləri ilə start verilib. Ardından futbolçular əyləncəli qaçdı-tutdu oynayıblar. Vacib qarşılaşma öncəsi yetirmələrini çox yormayan baş məşqçi Milinko Pantiç oyunçuları 3 qrupa bölərək “kvadrat” oynamaq tapşırığı da verib. Çiskinli hava şəraitində keçən məşqin sonunda qısa məsafələrə sürətli qaçış və dartınma təmrinləri icra olunub.

Onu da qeyd edək ki, profilaktik müalicə alan Mario Alvares, Deyvidas Çesnauski və Şəhriyar Əliyev hazırlıqda iştirak etməyiblər.


Teqlər:





Xəbər lenti