Bazar gününə olan hava proqnozu

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22 isti, gündüz 31-36 isti, dağlarda gecə 11-16 isti, gündüz 20-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azvision.az