Şamaxı Heydər Əliyev Mərkəzində Vətən müharibəsi ilə bağlı tədbir keçirilib

Şamaxı Heydər Əliyev Mərkəzində Vətən müharibəsi ilə bağlı tədbir keçirilib
  29 May 2021    Oxunub:1197
Şamaxı Heydər Əliyev Mərkəzində Qarabağ döyüşlərində yaralanan və qazi adını qazanan igid oğulların iştirakı ilə tədbir keçirilib.
Azvision.az xəbər verir ki, Şamaxı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Şamaxı GKİM-in gənc üzvlərinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan hərbiçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Mərkəzin direktoru Könül Eyvazova bildirib ki, Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi " Qarabağ Azərbaycandır və nida!" şüarı xalqımızın torpaq uğrunda savaşa başlamasına, qələbəyə səsləyən əsas çağırış oldu.



Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü düşmənin sonadək bütün torpaqlardan qovulması, Qarabağın xüsusən də, alınmaz qala hesab edilən Şuşanın işğaldan azad edilməsi ilə nəticələndi.



Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsi qaziləri ölkənin hər yerində olduğu kimi Şamaxı rayonunda da,diqqət mərkəzində saxlanılır.



Şamaxı GKİM-in direktoru Ramin Məcdunov çıxışında bildirdi ki, tədbirin əsas məqsədi Vətən müharibəsində ,torpaqlarımızın azad edilməsi uğrunda şücaət göstərmiş qazi və şəhidlərimizin qəhrəmanlıqlarını gənc nəsilə təbliğ etməkdir.



Tədbirdə iştirak edən qazilər öz döyüş yollarından, Azərbaycan ordusunun qəhrəmanlıqlarından danışıb, Prezident Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində qazanılan böyük Qələbənin sevinci ilə yaşadıqlarını bildirdilər. Hər an Vətən üçün döyüşə hazır olduqlarını bildirən qazilər görüşün keçirilməsindən məmnun qaldıqlarını qeyd etdilər.




Azvision.az




Teqlər: Şamaxı  





Xəbər lenti