Paralimpiyada da Rusiya liderlik edir

Paralimpiyada da Rusiya liderlik edir
  09 Mart 2014    Oxunub:1659
Rusiya millisi XI Soçi Qış Paralimpiya Oyunlarının medal sıralamasında birinci pillədə qərarlaşıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, 45 ölkədən idmançıların qatıldıqları Paralimpiya Oyunlarında Rusiya millisinin hesabında 5 qızıl, 7 gümüş və 3 bürünc medal vardır.
Almaniya yığması 2 medalla (2-0-0) ikinci, Ukrayna millisi isə 5 medalla (1-1-3) üçüncü pillədə qərarlaşmışlar.

XI Qış Paralimpiya Oyunlarında artıq 12 ölkədən idmançılar medal qazanblar.

Bu arada Soçidə XI Qış Paralimpiya Oyunları davam edir.
AzərTAc xəbər verir ki, Paralimpiya Oyunlarının ikinci günündə beş idman növündə qaliblər müəyyənləşəcək.

Atletlər dağ xizək və xizək yürüşünün müxtəlif növləri üzrə birincilik uğrunda yarışacaqlar. Həmçinin sleyc-xokkey üzrə qrup yarışları çərçivəsində Çexiya – İsveç, Kanada – Norveç, ABŞ – Koreya Respublikası və Rusiya – İtaliya görüşləri keçiriləcək.
Paralimpiya Oyunlarına martın 16-da yekun vurulacaqdır.


Teqlər:





Xəbər lenti