Ketrin Eşton Həsən Ruhani ilə görüşdü

Ketrin Eşton Həsən Ruhani ilə görüşdü
  09 Mart 2014    Oxunub:875
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton bu gün Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüb. AzVision.az IRNA-ya istinadən məlumat verir ki, bundan əvvəl K.Eşton İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Aİ diplomatiyasının rəhbəri İranın XİN rəhbəri ilə keçirdiyi birgə mətbuat konfransında deyib ki, İran və "altılıq" (beynəlxalq vasitəçilər) arasında müvəqqəti razılaşma olduqca vacibdir: "Yekun hərtərəfli sazişin imzalanması isə daha vacibdir, lakin buna nail olmaq çətindir və uğur qazanacağımıza heç bir zəmanət yoxdur".

Xatırladaq ki, 2013-cü ilin noyabrında Tehran və "altılıq" ölkəyə qarşı sanksiya rejiminin yüngülləşdirilməsi müqabilində İranın nüvə fəaliyyətinin qismən dayandırılması barədə razılığa gəliblər. Sazişin icrasına tərəflər yanvarın 20-də başlayıblar. Tərəflərin İranın nüvə proqramı üzrə hərtərəfli sazişin müzakirəsinə başlayacağı gözlənilir.


Teqlər:





Xəbər lenti