Vitse-prezident öldü, ölkədə matəm elan olundu

Vitse-prezident öldü, ölkədə matəm elan olundu
  09 Mart 2014    Oxunub:934
Əfqanıstanın birinci vitse-prezidenti Məhəmməd Qasim Fəhim vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi Əfqanıstan Prezidentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Onun təbii səbəblərdən öldüyü bildirilir.

Ölkədə 3 günlük matəm elan olunub.

Qeyd edək ki, M.Q.Fahim 1957-ci ildə Əfqanıstanda anadan olub. 2009-cu ilin noyabrından birinci vitse-prezident vəzifəsində çalışırdı.


Teqlər:





Xəbər lenti