Teymur Rəcəbov 3-cü yer uğrunda mübarizə aparacaq

Teymur Rəcəbov 3-cü yer uğrunda mübarizə aparacaq
  30 May 2021    Oxunub:1019
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirində final mərhələsinin oyunları start götürəcək.
Azvision.az xəbər verir ki, bu mərhələnin dörd partiyadan ibarət birinci dövrəsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov 3-cü yer uğrunda rusiyalı Yan Nepomnyaşiyə qarşı mübarizə aparacaq. Şahmatçımız ilk qarşılaşmasında qara fiqurlarla oynayacaq.

Yarımfinalda T.Rəcəbov üzərində qələbə qazanan Maqnus Karlsen isə turnirin qalibi adı uğrunda ABŞ şahmatçısı Uesli So ilə qarşılaşacaq.

“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Azvision.az


Teqlər: Şahmat   Yarış  





Xəbər lenti