İnzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb |
Əmələ görə onun barəsində Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) başlayan cinayət işi üzrə məhkəmə tərəfindən barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. Mayın 24-də səhər saatlarında istintaq təcridxanasında yıxılaraq qəfil halı pisləşən şəxs dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona intensiv tibbi müalicə göstərilməsinə baxmayaraq, 4 gün sonra “beyinə qansızma ilə müşayiət olunan beyindaxili təzyiq” diaqnozu ilə xəstəxanada ölüb.
İstintaq prosesinin gedişində onun sağlamlıq vəziyyəti yoxlanılarkən bir sıra ağır xəstəliklərinin – qaraciyər sirrozu və Hepatit C olması müəyyən olunub. Şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq, onun istintaq olunması qanunvericiliyə uyğun olaraq aparılıb, heç bir halda ona fiziki təzyiq göstərilməyib.
Ölüm faktı ilə əlaqədar rayon hüquq-mühafizə orqanları tərəfindən müvafiq tibbi ekspertizalar təyin edilməklə meyit müayinədən keçirilib. Ölüm faktında hər hansı kənar fiziki müdaxilə faktı aşkar olunmayıb, bədənində olan xəsarətlər isə xəstəliyin əlamətlərindən yaranan fəsadlar və onun istintaq təcridxanasında yıxılması nəticəsində yaranıb.
Hazırda müvafiq araşdırmalar davam etdirilir.
Azvision.az