Londonda Respublika Gününə diqqəti cəlb edən aksiya

Londonda Respublika Gününə diqqəti cəlb edən aksiya
  30 May 2021    Oxunub:727
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Qrup”un təşkilatçılığı ilə London şəhərində 28 May – Respublika Gününün 103-cü ildönümünə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.
Komitədən Azvision.az -a bildirilib ki, aksiya zamanı Led ekranda “28 May – Azərbaycanın Respublika Günü” və “Şərqdə ilk demokratik respublika” sözlərinin yazıldığı yük maşınının hərəkəti təmin edilib. Səhər saat 10:00 dan axşam saat 20:00-a kimi maşın şəhərin Trafalqar meydanı, Pikkadilli Sirki, Parlament meydanı, Cənub (South) bank marşrutu üzrə hərəkət edib. Bu zaman ekranda Bakının, Azərbaycanın işğaldan azad olunmuş Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam, Qubadlı şəhərlərindəki tarixi memarlıq və dini abidələrinin, hər guşəsində üçrəngli bayrağımızın dalğalandığı məmləkətimizin gözəl təbiətinin təsvirləri nümayiş etdirilib.

Aksiya ölkəmizin tarixinə və ərazi bütövlüyünün bərpa olunmasına diqqəti cəlb etmək məqsədilə gerçəkləşdirilib.



Azvision.az


Teqlər:





Xəbər lenti