Hindistanda bir gündə 165 mindən çox yoluxma olub

Hindistanda bir gündə 165 mindən çox yoluxma olub
  30 May 2021    Oxunub:783
Hindistanda son sutka ərzində 165 553 nəfər koronavirusa yoluxub, 3460 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 27 894 800 nəfərə çatıb. İndiyədək 325 972 pasiyent pandemiyanın qurbanı olub, 25 454 320 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada ikinci yerdədir.

Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti