Çikaqoda Azərbaycan bayrağı ucaldılıb

 Çikaqoda Azərbaycan bayrağı ucaldılıb
  30 May 2021    Oxunub:1527
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə Çikaqo şəhərində 28 May – Respublika Günü münasibətilə aksiya keçirilib.
Bu barədə Azvision.az -a komitədən məlumat verilib.

Aksiya zamanı Çikaqo şəhərinin mərkəzində yerləşən "Daley Center"də Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılıb. Azərbaycan bayrağının 3 gün ərzində həmin ərazidə dalğalanması nəzərdə tutulub.

Azvision.az



Teqlər: Çikaqo  





Xəbər lenti