Jurnalistlər üçün ixtisaslaşma təlimi keçiriləcək

  30 May 2021    Oxunub :516
Jurnalistlər üçün ixtisaslaşma təlimi keçiriləcək
Mayın 31-i saat 11:00-da Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin magistratura səviyyəsində oxuyan tələbələr və təhsildən yazan jurnalistlər üçün ixtisaslaşma təlimi keçirəcək.
Nazirlikdən Azvision.az -a bildirilib ki, təlimdə startap ekosistem təmsilçisi Məmməd Kərim "Rəqəmsal media: yeni trendlər", telejurnalist Xəyal Tağıyev isə "İxtisaslaşmış jurnalistika: müasir mediada onun yeri" mövzularında çıxışlar edəcəklər.

Azvision.az

Teqlər: Təhsil   Nazirlik