Teymur Rəcəbovdan növbəti heç-heçə

Teymur Rəcəbovdan növbəti heç-heçə
  31 May 2021    Oxunub:825
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirində final mərhələsinin birinci dövrəsinin oyunları keçirilib.
Azvision.az xəbər verir ki, bu mərhələnin dörd partiyadan ibarət birinci dövrəsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov 3-cü yer uğrunda rusiyalı Yan Nepomnyaşi ilə görüşüb. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Turnirin qalibi adı uğrunda M.Karlsenin ABŞ şahmatçısı Uesli So ilə görüşü də heç-heçə ilə başa çatıb.

“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Azvision.az


Teqlər: TeymurRəcəbov  





Xəbər lenti