Azərbaycanla Türkiyə arasında hüquqi əməkdaşlığa dair memorandum imzalandı

  Azərbaycanla Türkiyə arasında hüquqi əməkdaşlığa dair memorandum imzalandı
  31 May 2021    Oxunub:1135
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğu arasında memorandum imzalanıb.
Azvision.az xəbər verir ki, memorandumu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin imzalayıblar.

Memorandum Azərbaycan ilə Türkiyə arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud işbirliyinin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsini və digər mühüm məsələləri nəzərdə tutur.

İmzalanma mərasimində qardaş ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər mühüm sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyi əminliklə vurğulanıb.

Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti