Ağdamın təməl daşı yeni bir mərhələnin başlanğıcıdır

 Ağdamın təməl daşı yeni bir mərhələnin başlanğıcıdır
  31 May 2021    Oxunub:867
“Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpasının təməl daşını qoyması hər birimizdə qürur yaradan tarixi hadisə oldu. Bu təməl daşı əslində Azərbaycan dövlətçilik tarixinin əbədi divarlarına qoyulan yeni bir qat, yeni bir mərhələnin başlanğıcı idi”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat qeyd edib ki, bərpa ilə bağlı təməlqoyma mərasiminin 28 May - Respublika Günündə baş tutması təsadüfi deyildi:

Ağdam Cümə məscidində ilk azan oxunub - VİDEO
“Çünki bu tarixi Azərbaycan Prezidenti bir daha milli bayram, müstəqillik günü kimi xarakterizə edərək əldə etdiyimiz qələbəmizi müstəqil olmağımızla əlaqələndirdi. Bu fikirlər isə, siyasi ideoloji müstəvidə dövlətçilik şüurumuzun yeni qatının müstəqil və qalib əsaslarında formalaşması üçün atılan təməl daşı idi. Genetik yaddaşımıza edilən müraciət idi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli şüurunu ümmətçilikdən dövlətçiliyə, dövlətçilikdən cümhuriyyətçiliyə qədər inkişaf etdirdiyi kimi, bu fikirlər də milli şüurumuzu məğlubiyyətdən qalibiyyətə, qalibiyyətdən yeni milli mentalitetə qədər inkişaf etdirəcək. Bu bir xalqın ictimai-siyasi fikir tarixində tamamilə yeni mərhələnin, yeni bir eranın başlanması deməkdir. Bu səbəbdəndir ki, bəzi Azərbaycanafob mərkəzlər müxtəlif internet resurslarında, sosial şəbəkələrdə tarixi zəfərimizə və naliyyətlərimizə kölgə salmaq üçün ən müxtəlif səviyyələrdə qarayaxma kampaniyası aparırlar”.



Hikmət Babaoğlunun sözlərinə görə, bəzi marginal müxalif qruplar bu prosesdə fəal iştirak edirlər. Ancaq şübhəsiz ki, bütün bu antimilli fəaliyyətlər xalqımızın ümummilli sevinci və coşqusu qarşısında olduqca cılız görünür və belələri əsla öz qaranlıq məqsədlərinə çatmayacaqlar:

“Bəzən siyasət mümkün olmayanı mümkünetmə sənəti də adlandırılır. Doğrusu, bunu isbat edəcək nümunələr o qədər də çox deyil. Ancaq düşünürəm ki, 44 günlük müharibə və ondan sonra ötən zaman ərzində Azərbaycan Prezidenti öz fəaliyyəti ilə bunun ən yaxşı təcrübi nümunəsini yaratdı. Bu gün Ermənistan dövlətinin iflas etməsi, haqq etdiyi şəkildə küncə sıxışdırılması, öz sərhədlərini qorumaq üçün yeni sahiblər axtarışına çıxması da məhz mümkün olmayanı mümkünetmə sənətinin yaratdığı reallıqdır. Axı cəmisi bir neçə ay bundan öncəyə qədər bu dövlət Azərbaycan torpaqlarını işğal altında saxlayır, millətimizə meydan oxuyur, xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədirdi. İndi isə, miskin vəziyyətə düşüb. Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi milli-strateji siyasət və rasional-praqmatik davranışları nəticəsində baş verib. Bundan sonrakı mərhələ cinayətkarın öz cəzasına çatdırılması Azərbaycanın isə yeni inkişaf tarixinin başlanğıcıdır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ağdam   Deputat   Prezident  





Xəbər lenti