Bu abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək

Bu abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək
  31 May 2021    Oxunub:1616
Azərbaycan Dövlət İqtisad və Bakı Mühəndislik universitetlərinin dizayn ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək. Buna görə də qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçmək tələb olunmur.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, həmin abituriyentlər dizayn ixtisası üzrə müsabiqəyə yalnız V qrup üzrə qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) topladıqları yekun bal əsasında qatılacaqlar.

Xatırladaq ki, 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər üçün qeydiyyat başlanıb. Qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər mayın 31-dən iyunun 7-dək Dövlət İmtahan Mərkəzinin saytında verilmiş link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti