Şəhid övladları “Suraxanı” gəmi-muzeyində

Şəhid övladları “Suraxanı” gəmi-muzeyində
  31 May 2021    Oxunub:822
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edib.
ASCO-dan Azvision.az -a verilən məlumata görə, uşaqlar bələdçilərin müşaiyəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Onlar həmçinin oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.



Ziyarətçilər muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivi isə böyük qürurla izləyiblər. Ekskursiya şəhid övladları və onları müşaiyət edən valideynləri tərəfindən müsbət qiymətləndirilib.



Ziyarətin sonunda uşaqlara “Suraxanı” gəmi-muzeyinin xüsusi hədiyyələri təqdim olunub. Qeyd edək ki, ASCO Korporativ Sosial Məsuliyyəti çərçivəsində bu cür layihə və tədbirləri bundan sonra da davam etdirəcək.




Azvision.az


Teqlər: ASCO  





Xəbər lenti