Səfirlik azərbaycanlının qətli ilə bağlı məlumat yaydı

 Səfirlik azərbaycanlının qətli ilə bağlı məlumat yaydı
  31 May 2021    Oxunub:1049
Azərbaycan səfirliyi mayın 28-də Novosibirskdə azərbaycanlı Vəkil Yaqub oğlu Abdullayevin qətli ilə bağlı Rusiya dövlət orqanlarına müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb. Bildirilib ki, səfirlik tərəfindən faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Rusiyanın aidiyyəti qurumlarına müraciət olunub.

"Mayın 28-də Novosibirsk şəhərində baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş Vəkil Yaqub oğlu Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verilib. Allah rəhmət eləsin!", - məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Səfirlik  





Xəbər lenti