Nikaraqua Prezidenti İlham Əliyevə məktub göndərdi

Nikaraqua Prezidenti İlham Əliyevə məktub göndərdi
  31 May 2021    Oxunub:1045
Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və ölkənin vitse-prezidenti Rosario Muriyo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıblar.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

“Əziz qardaşım, hörmətli cənab Prezident.

Nikaraqua Respublikasının xalqı, Barışıq və Milli Birlik Hökuməti adından və şəxsən öz adımızdan Sizə, Azərbaycan xalqına və Hökumətinə müstəqilliyinizin 103-cü ildönümü - 28 May – Respublika Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.

Bu əlamətdar gündə dövrümüzün çağırışları ilə mübarizə aparmaq, qarşılıqlı hörmət, həmrəylik və əməkdaşlıq prinsiplərinə əsaslanan daha çoxtərəfli bir dünya qurmaq naminə Sizinlə və Hökumətinizlə əl-ələ verərək çalışmaqda davam etmək niyyətimizi bildirməkdən qürur duyuruq.

Daim müstəqil və azad Nikaraqua olaraq qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir və ona bütün nikaraqualıların sevgisini çatdırırıq”.

Azvision.az


Teqlər: Prezident   Məktub   Təbrik  





Xəbər lenti