Əli Əsədov Türkiyə səfiri ilə görüşüb

   Əli Əsədov Türkiyə səfiri ilə görüşüb
  31 May 2021    Oxunub:772
Azərbaycanın Baş naziri Əli Əsədov mayın 31-də Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Baş nazir Türkiyə səfirinə Azərbaycandakı fəaliyyəti müddətində uğurlar arzulayıb.

Azvision.az


Teqlər: Əli-Əsədov   Türkiyə   Səfir  





Xəbər lenti