Maqnus Karlsen yenidən çempion oldu

Maqnus Karlsen yenidən çempion oldu
  01 İyun 2021    Oxunub:1023
“Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirinin qalibi müəyyənləşib.
Azvision.az xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen finalda ABŞ şahmatçısı Uesli So üzərində qələbə qazanaraq turnirin qalibi olub.

Qeyd edək ki, 3-cü yer uğrunda qarşılaşmada Azərbaycan şahmatçısı Teymur Rəcəbov rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşmada məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.

“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.



Azvision.az


Teqlər: MaqnusKarlsen  





Xəbər lenti