Naxçıvan əhalisinin 36 faizi uşaqlardır

Naxçıvan əhalisinin 36 faizi uşaqlardır
  01 İyun 2021    Oxunub:1095
Bu gün muxtar respublika əhalisinin 36 faizi və ya 165 min 288 nəfəri uşaqlardır.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, müstəqillik illərində muxtar respublikada 200-dən çox ümumtəhsil məktəbi tikilib və ya yenidən qurularaq istifadəyə verilib. Hazırda ümumtəhsil məktəblərində 650-dən çox elektron lövhə quraşdırılıb ki, bu da uşaqların müasir təhsil sistemi əsasında biliklərə yiyələnməsinə şərait yaradıb. Yaradılan şəraitin nəticəsidir ki, ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1516-sı ali təhsil müəssisələrinə, 683-ü orta ixtisas təhsili müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 182 nəfəri isə müxtəlif ali hərbi məktəblərə daxil olub, ali məktəblərə qəbul olunan 275 nəfər 500-700 arası bal toplayıb.

Bu gün uşaqların peşə təhsilinə cəlbi də qarşıda duran əsas vəzifələrdəndir. Təkcə 2020-2021-ci tədris ilində 149-dən çox uşaq bacarıqlarına uyğun peşə və ixtisaslara yönləndirilib. Hazırda muxtar respublikada 25 mindən çox uşaq idmanla məşğul olur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Əhali   Uşaq  





Xəbər lenti