“Kapital Bank” və “Qırmızı Ürəklər”dən uşaqlar üçün sosial aksiya

“Kapital Bank” və “Qırmızı Ürəklər”dən uşaqlar üçün sosial aksiya
  01 İyun 2021    Oxunub:808
Xəbər verdiyimiz kimi, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Kapital Bank” və “Qırmızı Ürəklər” (Red Hearts) Xeyriyyə Fondu daun sindromlu şəxslər üçün layihə həyata keçirib.
“Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daun sindromlu şəxslərin uğurlu olduğu əsas sahələrdən biri incəsənətdir. Həssas xarakterləri ilə assosiasiya edilən musiqi, rəsm kimi incəsənət sahələrində daun sindromlu insanlar dünya səviyyəsində şöhrət qazana bilirlər. Məhz bu səbəbdən də layihə çərçivəsində “Kapital Bank” və “Qırmızı Ürəklər” fondu daun sindromlu uşaqlar üçün 4 istiqamətli (rəsm və gil sənəti, inklüziv rəqs, foto modellik və qurama sənəti) təlimlər təşkil edib. Layihə ilə bağlı qısa video çarx hazırlanıb – https://youtu.be/KnSmpgpiArI.

“Hər şey mümkündür!” layihəsinin yeni təqdim olunmasına baxmayaraq artıq beynəlxalq səviyyədə uğur qazana bilib. Belə ki, layihənin təqdimatı zamanı hazırlanan videoçarx Ukraynada keçirilən “Kyiv International Advertising Festival”da iki nominasiya üzrə bürünc medal qazanıb. Daun sindromlu şəxslər üçün ianələr hələ də davam edir. İanələri “Kapital Bank”ın filiallarında və bir sıra iri market şəbəkələrində quraşdırılan terminallar vasitəsilə etmək olar. Bundan başqa, yalnız iyunun 1-də “BirBank” mobil tətbiqində bonus şəklində toplanan “Ürəklər”i ianə formasında “xərcləyərək”, hər 100 min “ürək” müqabilində layihəyə 10 manat yardım etmək mümkündür.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, “196” Sorğu mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azvision.az



Teqlər: KapitalBank  





Xəbər lenti