Xarici ticarət dövriyyəsi 3,2 milyard dollar təşkil edib

Xarici ticarət dövriyyəsi 3,2 milyard dollar təşkil edib
  10 Mart 2014    Oxunub:1125
Yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 3,2 milyard ABŞ dolları təşkil edib.
Cari ilin yanvarında Azərbaycan Respublikasının rezidentləri 101 ölkənin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçiriblər.

Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, bu dövrdə 46 ölkəyə əmtəə ixrac olunmuş, 99 ölkədən idxal edilmişdir. Xarici ticarət dövriyyəsi iştirakçılarının 39-u Avropa, 17-si Amerika, 34-ü Asiya ölkələridir.

Ay ərzində xarici ticarət dövriyyəsi 3,2 milyard ABŞ dolları, o cümlədən ixrac 2,7 milyard dollar, idxal isə 535,2 milyon dollar olmuş, nəticədə 2,1 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, idxal məhsulları arasında ərzaq malları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlığı, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı 2013-cü ilin yanvar ayı ilə müqayisədə 8 faiz artaraq 119,1 milyon dollara çatıb.


Teqlər:





Xəbər lenti