Üç ölkə rəhbəri Prezidentə məktub göndərdi

 Üç ölkə rəhbəri Prezidentə məktub göndərdi
  01 İyun 2021    Oxunub:1817
Finlandiya Prezidenti Sauli Niinistö, Portuqaliya Prezidenti Marselo Rebelo de Souza və Maldiv Prezidenti İbrahim Məhəmməd Solih Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.
Azvision.az -ın məlumatına görə, Finlandiya Prezidentinin məktubunda deyilir:

"Zati-aliləri.

Ölkənizin müstəqilliyinin 103-cü ildönümü – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Portuqaliya Prezidenti Marselo Rebelo de Souzanın məktubunda qeyd edilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

Maldiv Prezidenti İbrahim Məhəmməd Solihin məktubunda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi, Azərbaycan Hökumətini və xalqını Maldiv Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram".

Azvision.az


Teqlər: ilham-Əliyev   Prezident  





Xəbər lenti