Xarici blogerlər Ağdam, Cəbrayıl və Füzulidə olublar

Xarici blogerlər Ağdam, Cəbrayıl və Füzulidə olublar
  01 İyun 2021    Oxunub:1031
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Show me Azerbaijan" layihəsi çərçivəsində Azərbaycana səfər edən xarici blogerlərin işğaldan azad olunmuş torpaqlara səfəri davam edib.
Azvision.az xəbər verir ki, Ağdama səfər edəndən sonra xarici blogerlər Cəbrayıl rayonunda yerləşən tarixi Xudafərin körpüsündə olub və körpünün tarixi və əhəmiyyəti ilə bağlı paylaşımlar ediblər. Dünən isə Füzuli şəhərinə və rayonun Qarğabazar kəndinə səfər edən blogerlər işğal zamanı dağıntılara və təhqirlərə məruz qalan XVII əsrə aid tarixi karvansaray və dini məkanlarla tanış olublar.

Blogerlərin Qəbələ, İsmayıllı və Şamaxıya da səfərləri nəzərdə tutulub. Səfərdə Şimali Amerika və Avrasiya da daxil olmaqla, 8 ölkədən ümumilikdə, 12 bloger iştirak edir.

Layihənin təşkilində məqsəd azad edilmiş ərazilərdə mövcud vəziyyəti, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntıları və insanlığa qarşı cinayətləri, eləcə də Azərbaycan mədəniyyətini, ölkəmizdə mövcud olan unikal multikulturalizm mühitini və ənənələrini beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir.

Səfər çərçivəsində dəvət edilən blogerlərin sosial mediadakı izləyicilərinin sayı 10 milyon nəfərdən artıqdır.

Azvision.az


Teqlər:





Xəbər lenti