Bakıda iki nəfər yanğından xilas olundu

Bakıda iki nəfər yanğından xilas olundu
  02 İyun 2021    Oxunub:863
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Azvision.az -ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasında baş vermiş yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti