Prokurorluq erməni terrorçuların məhkəməsi ilə bağlı məlumat yaydı
Bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə hakimlər Rafiq Abbasov və Camal Ramazanovdan ibarət tərkibdə, dövlət ittihamını müdafiə edən - Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Mahir Abbasovun iştirakı ilə Ermənistan Respublikasının vətəndaşları - Mkrtiçyan Lüdvik Mkrtiçoviçin və Xosrovyan Alyoşa Aramaisoviçin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin hazırlıq iclası keçirilib. İclasda cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən tarcüməçilərin iştirakı təmin edilib.
Eyni zamanda hazırlıq iclasında 45 nəfərdən çox yerli və xarici kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, beynəlxalq statuslu nümayəndələr, eləcə də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iştirak ediblər.
Həmçinin, təcili tibbi yardım heyətinin iştirakı da təmin edilib. Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.
Azvision.az
Teqlər: Baş-Prokurorluq Erməni-terrorçu