Narkotacirdən 9 kq tiryək götürüldü

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R.Zaidovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumi çəkisi 9 kiloqram 40 qram olan tiryək aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Azvision.az
Teqlər: DİN