Daha 378 nəfər koronavirusdan sağaldı

   Daha 378 nəfər koronavirusdan sağaldı
  02 İyun 2021    Oxunub:875
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325418 nəfər müalicə olunaraq sağalıb, 4926 nəfər vəfat edib, aktiv xəstə sayı 3944 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8834, ötən müddət ərzində isə ümumilikdə 3 532 472 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti