Tövlədə saxlanılan 87 yaşlı qadın müəssisəyə yerləşdirilir
"Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar. Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq-mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən götürülüb. O, Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.
Burada onun psixoloji vəziyyətinin qiymətləndirilməsi, sağlamlığına nəzarət və digər zəruri ehtiyaclarının qarşılanması üçün lazımi tədbirlər davamlı olaraq həyata keçiriləcək. Səkinə Həsənovanın zorakılığa məruz qalması ilə bağlı video görüntülər isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bu barədə məlumat veriləcək".
Azvision.az