Ərdoğan Merkellə Ukraynadan danışıb

Ərdoğan  Merkellə Ukraynadan danışıb
  10 Mart 2014    Oxunub:893
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefonla danışıb. Danışıqlar zamanı Ukraynadakı son hadisələr müzakirə mövzusuna çevrilib. Tərəflər Ukraynadakı, xüsusilə Krımda vəziyyətin gərgin olduğunu vurğulayıblar.

Tərəflər bildiriblər ki, Ukraynadakı böhranın aradan qaldırılması üçün mövcud beynəlxalq hüquq və müqavilələrə əməl edilməsi vacib məsələdir.

İki lider danşıq zaman qeyd edib ki, BMT Təhlükəsizlik Komitəsinin və Avropa Birliyi Nazirlər Komitəsinin Ukraynanı hazırkı böhran vətiyyətindən çıxarmağın yollarını axtarıb tapmalıdırlar.

Ərdoğan telefon danışığı zamanı Krım tatarları ilə olan yaxın münasibətlərindən də söhbət açıb. Onun sözlərinə görə, Türkiyə Krım tatarları ilə yaxın münasibətlərinin olduğuna görə problemin aradan qaldırılmasına hər cəhətdən yardım edə bilər.(anspress)


Teqlər:  





Xəbər lenti