ABŞ Avropada nüvə bazaları yerləşdirib?

 ABŞ Avropada nüvə bazaları yerləşdirib?
  02 İyun 2021    Oxunub:1049
ABŞ-da mütəxəssislər ölkənin nüvə silahı bazalarının Avropada yerləşməsi ilə bağlı məlumatları araşdırır.
Azvision.az -ın məlumatına görə, bununla bağlı açıqlama verən Pentaqon sözçüsü Con Kirbi belə bir informasiyanın mediaya sızmasını istisna etməyib. Onun sözlərinə görə, “Bellingcat” portalı əvvəllər ABŞ-ın Avropada nüvə silahlarını saxlamasına dair araşdırma aparıb.
Atom bombası ilə kart oyunu: ABŞ nüvə sirlərini necə “qoruyur” – SENSASİYA

Xarici mediada yayılan məlumatda bildirilir ki, ABŞ-ın nüvə silahlarını Avropada qoruyan silahlı qüvvələr kartlardan istifadə edilən açıq təlim tətbiqetməsi istifadə ediblər. Həmçinin onlarda ABŞ nüvə bazaları, silahları və yerləşmələri haqqında gizli məlumatlar olub.

“Hər hansı bir yerdə nüvə silahının olub-olmadığını təsdiq və ya inkar etmirik”, - Kirbi suallara cavabında deyib. O, ətraflı məlumat verməkdən yayınıb.

Azvision.az


Teqlər:   ABŞ   Nüvə  





Xəbər lenti