Boksçularımız Parisə yollanır

Boksçularımız Parisə yollanır
  03 İyun 2021    Oxunub:876
İyunun 4-də Parisdə boks üzrə Avropa Olimpiya təsnifat turniri start götürəcək.
Azvision.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət millisinin heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (91 kq), Məhəmməd Abdullayev (+91 kq) mübarizə aparacaqlar. Qadınlardan ibarət yığmanın heyətində isə Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) yer alıblar.

Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri ötən il martın 14-də Londonda başlamışdı. Lakin yarış üç gündən sonra koronavirus pandemiyası səbəbindən dayandırılmışdı. Azərbaycan millisinin heyətində Tayfur Əliyev turnirin dörddəbir finalına yüksəlməklə Olimpiadada iştirak hüququ qazanıb.

Yarış iyunun 8-də başa çatacaq.

Azvision.az


Teqlər: Boks   Yarış  





Xəbər lenti