Azərbaycan Qran-prisinin proqramı açıqlandı

 Azərbaycan Qran-prisinin proqramı açıqlandı
  03 İyun 2021    Oxunub:1026
Bakıda 4-6 iyun tarixlərində keçiriləcək Formula-1 Azərbaycan Qran- Prisinin proqramı açıqlanıb.
Azvision.az -ın məlumatına görə, yarışın ilk günü F2 sərbəst yürüşü ilə başlanılacaq, ondan sonra F1 sərbəst yürüşü baş tutacaq. Günün ikinci yarısı F2 sıralama yarışı, ardınca F1 ikinci sərbəst yürüş keçiriləcək.

Yarışın ikinci günü, yəni 5 iyunda günün əvvəlində F2 sprint yarışı, daha sonra F1 üçüncü sərbəst yürüş keçiriləcək, günün ikinci yarısı isə F1 sıralama turu və F2 sprint yarışı baş tutacaq.

İyunun 6-da günə FIA Formula 2 yarışı ilə başlanılacaq, ardınca F1 pilotlarının təqdimatı keçiriləcək. Günün ikinci yarısında əsas F1 yarışına start veriləcək. Əsas yarışa start verilməzdən əvvəl Azərbaycan Dövlət Himni səsləndiriləcək. Saat 16:00-18:00-də Formula 1 Azərbaycan Qran-Prisi baş tutacaq və qalib müəyyən ediləcək.

Azvision.az


Teqlər: Formula-1  





Xəbər lenti