Suriyada qaçırılan rahibələr azad edildi - VİDEO

Suriyada qaçırılan rahibələr azad edildi - VİDEO
  10 Mart 2014    Oxunub:1213
Pravoslav rahibələr girovluqda 100 gün keçiriblər.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriyada döyüşən müxalifətçi qruplaşmalarından “Əl Nüsrə Cəbhəsi” tərəfindən girov götürülən rahibələr Livan-Suriya sərhədində azadlığa buraxılıblar.

Maalula şəhərindəki yerli monastırda girov götürülən 16 rahibəni qarşılamaq üçün Antiox Pravoslav kilsəsinin mitropoliti və bir sıra müsəlman ruhanilər toplaşıb. Ərəb KİV-lərinin məlumatına görə, girovların azad olunmasında əsas vasitəçi rolunu Qətər xüsusi xidmət orqanlarının rəhbəri Qanem əl-Qubeysi oynayıb.

Xatırladaq ki, “Əl Nüsrə Cəbhəsi” girov götürdüyü rahibələrin qarşılığında Suriya həbsxanalarında olan 500 tərəfdarının azad olunmasını tələb edirdi. Müxalifətlə razılığa gələn Əsəd hakimiyyətinin 150-ə qədər döyüşçünü azad etməyə razı olduğu vurğulanır.

Vüqar İsmayılov




Teqlər:  





Xəbər lenti