Paşinyan cəsəd qalmaqalına belə münasibət bildirdi

 Paşinyan cəsəd qalmaqalına belə münasibət bildirdi
  03 İyun 2021    Oxunub:1412
Dövlət sistemi dəyişir, amma orada çalışan insanları dəyişdirmək çətindir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan məhkəm-tibbi ekspertizasının Abovyan bölməsində hərbçi qulluqçuların qalıqlarının zirzəmidə plastik torbalarda saxlanmasına münasibət bildirərəkən deyib.

"Rusiya İrəvan qarşısında hərbi-siyasi öhdəliklərindən imtina etmir" - Qaluzin
Onun sözlərinə görə, 2018-ci ildə tibbi-ekspertiza mərkəzi yalnız İrəvanda fəaliyyət göstərirdi. Bölgələrdə patoloqlar müvəqqəti təchiz olunmuş otaqlarda iş aparırdılar. 2018-ci ildən bəri İrəvandakı anatomik mərkəzin ərazisi səkkiz dəfə artırıldı və respublikanın yeddi şəhərində şöbələri açıldı. Bundan əlavə, genetik tədqiqat üçün heç bir alət yox idi. İlk DNT-sekvenseri 2018-ci ildə, digəri 2020-ci ildə alındı. Məhkəmə ekspertləri və patoloqlar üçün əmək haqqı fondu 25% artdı. Son aylarda onlar həftənin yeddi günü 24 saat çalışdılar.

Paşinyan qeyd edib ki, səhiyyə naziri və ya digər rəhbərlər şəxsən hər gün hər bir müəssisəyə baş çəkib, kimin necə işlədiyini izləyə bilməz. O, bütün günahkarların məsuliyyət daşıdığını söyləyib.

Öz növbəsində,respublikanın İstintaq Komitəsinin sədri Ayk Qriqoryan hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin iki maddəsi ilə iş başlanıldığını və insidentə hüquqi qiymət veriləcəyini bildirib.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağ müharibəsində ölən erməni hərbçilərin plastik torbalara bükülmüş cəsəd və qalıqlarının əks olunduğu fotolar yayılıb. Həmin torbalar tibbi-ekspertiza mərkəzinin Abovyan bölməsinin zirzəmisində yerə səpələnib. Cəsədlərin görüntüləri Ermənistanda ciddi etirazlara səbəb olub.

Oxşar mövzu:

İrəvanda etiraz aksiyası: Nazirin istefası tələb olunur

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti