Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında görüş keçirilib - FOTO - YENİLƏNİB |
Hande Harmancı ÜST-ün Azərbaycanda həyata keçirdiyi layihələr, o cümlədən ölkəmizin 12 rayonunda regional təlim mərkəzlərinin fəaliyyət göstərməsi, BMT-nin Vahid Təcili Yardım Fondunun dəstəyi ilə Azərbaycanın münaqişədən zərər çəkmiş 5 rayonunda həyata keçirilən mobil təlim xidmətləri, köməkçi texnologiyalara ehtiyacı olan insanlarla iş, təcili yardım sistemlərinin gücləndirilməsi və digər istiqamətlərdə görülən işlər barədə məlumat verib. O, ÜST-ün regional direktorunun yaxın zamanlarda bölgəyə səfərinin nəzərdə tutulduğunu bildirib.
Ceyhun Bayramov səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini qeyd edib, regional direktorun bölgəmizə səfərinə önəm verildiyini bildirib. Nazir, həmçinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq fəaliyyəti, gələcək planlarla bağlı həmsöhbətinə məlumat verib, bərpa layihələrində ÜST və BMT-nin digər qurumlarının iştirakının mümkünlüyünü qeyd edib.
Görüşdə tərəflər, habelə Azərbaycanla ÜST arasında potensial əməkdaşlıq sahələri üzrə ümumi fikir mübadiləsi aparıblar.
Azvision.az