Astarada oğurluq edən qadın Ağcabədidə tutuldu
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini M.Məmmədov idarə etdiyi avtomobillə Ağcabədi rayonu ərazisində saxlanılıb. Saxlanılarkən cinayətin digər iştirakçısı olmaqda şübhəli bilinən Ə.Aydınovanın da sərnişin qismində maşında olduğu müəyyən edilib.
M.Məmmədovun idarə etdiyi avtomobilə baxış keçirilərkən mağazadan oğurladıqları sərinkeş və ilkin araşdırma zamanı ətraf rayonlardan oğurladıqları müəyyən edilən 4 ədəd samovar aşkar edilərək maddi sübut kimi götürülüb. Hazırda həmin şəxslərin digər şəhər və rayonlarda analoji cinayətlərdə iştirakını müəyyən etmək üçün araşdırmalar aparılır.
Azvision.az
Teqlər: DİN