İlham Əliyev İsrailin yeni Prezidentini təbrik etdi

   İlham Əliyev İsrailin yeni Prezidentini təbrik etdi
  03 İyun 2021    Oxunub:1156
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin yeni seçilmiş Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Hersoq,

İsrail Dövlətinin 11-ci Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Xalqlarımız arasındakı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Azərbaycan-İsrail münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost İsrail xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

Azvision.az


Teqlər: Azərbaycan   Prezident  





Xəbər lenti