DMX rəisi Ticarət Palatasının nümayəndələri ilə görüşdü

DMX rəisi Ticarət Palatasının nümayəndələri ilə görüşdü
  03 İyun 2021    Oxunub:1347
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Azərbaycan-Fransa Ticarət Palatasının nümayəndələri ilə görüşüb.
DMX-dən Azvision.az -a verilən məlumata görə, onlayn formatda keçirilən görüşdə çıxış edən Vüsal Hüseynov ənənəvi görüşün dövlət qurumları və özəl sektor arasında dialoqun inkişafına müsbət təsirindən söhbət açıb. O bildirib ki, miqrasiya proseslərinin tənzimlənməsində özəl sektorun iştirakı qarşılıqlı əlaqələrin genişlənməsinə mühüm töhfədir.

V.Hüseynov “Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2020” Hesabatında işəgötürənlər tərəfindən qaldırılan məsələlərə münasibət bildirib, əmək miqrasiya kvotası ilə bağlı yenilənmiş statistik məlumatların əldə edilməsi, eləcə də iş icazəsi üçün müraciətlə əlaqədar elektron xidmətlər sahəsində yaradılmış imkanlarla bağlı təqdimat keçirib.

Görüşdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas və Fransanın ölkəmizdəki səfiri Zakari Qros, eləcə də Azərbaycan-Fransa Ticarət Palatasının rəhbərliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinin işəgötürənlərin fikirlərinə proaktiv yanaşması yüksək qiymətləndirilib.

Sonda Dövlət Miqrasiya Xidmətinin rəisi iştirakçıları maraqlandıran sualları cavablandırılıb.

Azvision.az


Teqlər: DMX   Vüsal-Hüseynov  





Xəbər lenti