Daha 65 nəfərin xarici diplomu tanınmadı

Daha 65 nəfərin xarici diplomu tanınmadı
  03 İyun 2021    Oxunub:1309
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) may ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.
TKTA-dan Azvision.az -a bildirilib ki, may ayı üzrə icrası 21 gün ərzində tamamlanan 258 müraciətdən 193-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Emin Əmrullayev "Cisco" şirkətinin nümayəndələri ilə görüşüb
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 40, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 6, digər səbəblər üzrə 3 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 70, Türkiyə Respublikasından 66, Ukraynadan 66, Gürcüstandan 21, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 14, digər ölkələrdən isə 21 müraciətin olduğu müşahidə edilib. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 33, iqtisadiyyat üzrə 20, menecment üzrə 16, biznesin idarə edilməsi üzrə 11, stomatologiya üzrə 10 nəfər müraciət edib.

Azvision.az


Teqlər: Təhsil   Dərs  





Xəbər lenti