Ermənistan XİN başsız qaldı

Ermənistan XİN başsız qaldı
  04 İyun 2021    Oxunub:1208
Ermənistanın Xarici İşlər Nazirliyi rəhbərsiz qalıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Ermənistanın Səhiyyə Nazirliyində axtarışlar aparılır
Qeyd edilib ki, müavinlərin istefası rəsmi olaraq təsdiqlənməsə də, 2020-ci ilin büdcəsinin maliyyə hesabatı dünən parlament komitələrində müzakirə edilməli idi. Lakin XİN-dən heç kim iştirak etmədiyi üçün iclas baş tutmadı. Adətən, bu müzakirələrdə ya nazir, ya da müavinlərindən biri iştirak edir. Bu fakt həm də nazir müavinləri Artak Apitonyan, Avet Adonts və Armen Qevondyanın istefa ərizələri yazdıqlarını təsdiqləyir.

Yeri gəlmişkən, hökumətin nazir müavinlərini ərizələrini geri götürməyə, hökumət və parlamentin dünənki iclaslarına nümayəndə göndərməyə razı salmağa çalışdığı barədə məlumatlar var. Lakin bu təklif rədd edilib.

Xatırladaq ki, xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan mayın 27-də istefa verib. Mətbuat istefanın səbəbinin Nikol Paşinyanla ziddiyyətlər olduğunu yazıb. Onun ardınca nazir müavini Qaqik Qalaçyan və mətbuat katibi Anna Naqdalyan da istefa veriblər.

Oxşar mövzu:

Ermənistanda XİN rəhbəri vəzifəsini kim icra edir? - Anlaşılmaz cavab

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti