Ayvazyan itinə ermənilərdən daha çox dəyər verir

 Ayvazyan itinə ermənilərdən daha çox dəyər verir
  04 İyun 2021    Oxunub:1125
Bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri vəzifəsindən istefa verən Ara Ayvazyan erməni cəmiyyətinin tənqidinə tuş gəlib.

Azvision.az-ın məlumatına görə, yerli media baş nazir vəzifəsini icra edən Nikol Paşinyana qarşı çıxan Ayvazyanın yeni hobbisini ələ salıb. Belə ki, sabiq XİN rəhbəri İrəvan küçələrindən birində it gəzdirərkən görüntülənib.
Sahibə Qafarovanın erməni həmkarı ilə növbəti görüşü keçiriləcək
“Bu bir acı reallıqdır ki, ölkənin güclü diplomatlara ehtiyacı olduğu vaxtda baş diplomatımız işindən imtina edərək istirahətinə vaxt ayırır, it gəzdirməyə başlayır. Bu günlərdə Ermənistanın suverenliyinə qarşı çıxmaq istəmədiyini deyərək XİN-i başsız qoyan Ara Ayvazyan indi rahat istirahətini edir. O, kapitulyantın ölkəni hara daşımasına tamaşa edərək sakit görünür. Ayvazyan elə rahatlıqla istefa ərizəsi yazdı ki, sanki Ermənistanı daha heç bir təhlükə gözləmir",- deyə erməni KİV-ləri yazıb.

Keçmiş nazirin xalqının problemlər məngənəsində boğulmasına seyrci qalması, vətəndaşların səfalət və yoxsulluq içində yaşamasına göz yumması etiraz doğurur. Erməni fəallar bildirirlər ki, bu günədək xalqına bir saat belə vaxt ayırmayan Ayvazyan indi öz istirahətini və itinin gəzintisini hər şeydən üstün tutur. Yəni, Ermənistanın keçmiş baş diplomatı ev heyvanına insanlardan daha çox dəyər verir.



Oxşar mövzu:

Ermənistan XİN başsız qaldı

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Ayvazyan   XİN   Nazir  





Xəbər lenti