Şəhid Elvin Mustafayev dəfn olundu

Şəhid Elvin Mustafayev dəfn olundu
  04 İyun 2021    Oxunub:2000
Vətən müharibəsinin şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXQ) Mustafayev Elvin Fəxrəddin oğlu ilə Gəncədə vida mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, vida mərasimində şəhidin yaxınları, hərbçi yoldaşları, şəhər İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhidin nəşi Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Elvin Mustafayev evli olub, 3 övladı yadigar qalıb.

Qeyd edək ki, Elvin Mustafayev ötən ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azvision.az


Teqlər: Şəhid  





Xəbər lenti