“Mişelin sağ əli Makronun başına”

“Mişelin sağ əli Makronun başına”
  04 İyun 2021    Oxunub:803
Deputat Avropa İttifaqı Şurasının prezidentinin Azərbaycanın dövlət başçısına zəngindən və Makronun təbrikindən yazdı
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Nikol Paşinyanla Brüsseldə görüşdüyü gün cənab İlham Əliyevə zəngi edərək, “Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə, eyni zamanda etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək” niyyətlərini dilə gətirməklə Makrondan fərqli olaraq, ayıq, balanslı və məsuliyyətli davranış sərgilədi”.

Bu sözlər millət vəkili, syasi şərhçi Sahib Alıyevə məxsusdur. O, bildirib ki, Brüsseldə dövlətimizlə təzyiq dilində danışmağın nəticəsizliyindən də gözəl xəbardardırlar:

- Xəbərdar olduqları üçün də Paşinyanla görüşər-görüşməz regiondakı son vəziyyətlə bağlı Azərbaycan Prezidentinin də rəyi öyrənilir ki, bu, ayıqlıq deməkdir. Şarl Mişelin “saxlanılan şəxslər”in” qaytarılmasından danışarkən "mina və digər humanitar məsələlərlə bağlı əməkdaşlıq" çağırışı da səsləndirməsi balanslı yanaşmadır, tərəf tutmaqdan qaçmaqdır.

Aydındır ki, Qərbdə Ermənsitanın başında kim durursa-dursun, ona Franklin Ruzveltin Nikaraqua diktatoru Anastasio Somosa Qarsiyaya yanaşdığı sayaq yanaşırlar. Ancaq cənab Prezidentlə telefon danışığı zamanı da vurğulandığı kimi Şarl Mişel Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolu dəqiq bilir. Və onu da dəqiq bilir ki, bu regionda təmsil etdiyi qurumun Almaniya kansleri Merkelin təbrincə desək, əsas ticarət tərəfdaşı Azərbaycandır. Elə Azərbaycanın da ən böyük ticarət tərəfdaşı Avropa İttifaqıdır.

Məhz bu reallığı nəzərə aldığı üçündür ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Erməistan-Azərbaycan qarşıdurmasında birinciyə açıq dəstək verməkdən çəkindi. Demək o, tutduğu postun məsuliyyətini dərk edir.

Necə deyərlər sağ əli Fransa Prezidenti Makronun başına. Yeri gəlmişkən, Makron da Respublika Günüylə bağlı cənab İlham Əliyevə təbrik məktubu göndərərək, ikitərəfli münasibətlərimizin xeyli gücləndiyindən yazır. Açığı mən düşünmürəm ki, onun bir sıra davranışları iki ölkə arasında münasibətlərin güclənməsinə təsir edib. Əgər iki ölkə arasında münasibətlər qorunub saxlanırsa, onda burada Makronun heç bir rolu yoxdur, üstəlik onun hərəkətlərinə rəğmən hələlik belə bir vəziyyət möcuddur. Çünki Azərbaycan böyük dövlətlərin diqtəsiylə hərkət etmədiyi kimi, onlarla körpüləri yandırmağın da tərəfdarı deyil.

Bizim Faransayla əməkdaşlığımız ancaq qarşılıqlı fayda üzərində qurulu bilər. Məsələn, buna örnək olaraq kosmik sənaye üzrə strateji əməkdaşlığı göstərmək olar. Xatırladaq ki, Vətən savaşında qələbəmizdə həmən əməkdaşlıq çərçivəsində kosmosa qaldırılan peyklərimiz də az rol oynamadı. Bilmirəm, Makronla görüşəndə Paşinyan bunu ona deyib, ya yox.



Teqlər:





Xəbər lenti