MTRŞ-dan Kəlbəcərdəki hadisə ilə bağlı bəyanat

 MTRŞ-dan Kəlbəcərdəki hadisə ilə bağlı bəyanat
  04 İyun 2021    Oxunub:1277
Milli Televiziya və Radio Şurası bəyanat yayıb.
Qurumdan Azvision.az -a daxil olan bəyanatda deyilir:

“İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən "AZTV" kanalının operatoru Sirac Abışov və "AzərTAC" İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov minaya düşərək həlak olub, bir neçə şəxs yaralanıb. Milli Televiziya və Radio Şurası həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyir.

Azad olunmuş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə yüz mindən artıq mina yerləşdirilib. İndiyə qədər onlarla mülki şəxs minaya düşərək həlak olub və ya yaralanıb. Daha çox itkilərin baş verməsinin qarşısının alınması məqsədilə Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etmir.

Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməsi üçün Ermənistana çağırışlar etməyə dəvət edirik”.

Oxşar mövzular:

AzTV jurnalistlərin minaya düşməsi ilə bağlı bəyanat yaydı

Mina partlamasında vəzifəli şəxs də həlak olub

Azvision.az



Teqlər: MTRŞ  





Xəbər lenti