PJB dünya jurnalistlərinə müraciət etdi
Parlament Jurnalistləri Birliyi (PJB) baş vermiş hadisə ilə bağlı beynəlxalq media təşkilatlarına müraciət edib.
PJB-nin müraciətində hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsi kimi qeydc edilib.
Bildirilib ki, Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlara son qoymuş 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanat imzalanandan sonra Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə beynəlxalq hüquq prinsiplərini pozmaqda davam edir.
PJB xatırladıb ki, Azərbaycan Respublikası problemlə əlaqədar dəfələrlə beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatına müraciət etsə də, məsələ həllini tapmayıb.
Müraciətdə qeyd edilib ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməkdə məqsədi Azərbaycan əhalisinin həyatına qəsd etmək, daha çox mülki şəxsin və hərbçinin həlak olmasına şərait yaaratmaqdır.
"Təəssüflə qeyd edirik ki, həlak olan jurnalistlərdən biri Məhərrəm İbrahimov (Əlioğlu) Parlament Jurnalistləri Birliyinin üzvü idi. Baş vermiş hadisə artıq sıravi vətəndaşlarla yanaşı, peşə vəzifələrini yerinə yetirən jurnalistlərin də həyatına ciddi təhlükənin olduğundan xəbər verir".
Müraciətdə o da vurğulanıb ki, Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini gizlətməklə işğaldan azad edilmiş ərazilərin sakinlərinin 30 ildən sonra öz evlərinə qaytarılması səylərinə ciddi şəkildə mane olur.
PJB beynəlxalq təşkilatların diqqətinə çatdırıb ki, Ermənistanın bölgədən reportaj hazırlayan jurnalistlərin həyatını təhlükəyə məruz qoyması həm də mətbuat azadlığına olan basqıdır.
Qurum dünyanın jurnalist təşkilatlarını Ermənistana əməllərinə qiymət verməyə çağırıb.
Azvision.az
Teqlər: PJB Müraciət Jurnalist







Vaxtında, Aydın, Lazımlı!


