Qazaxda köməksiz qalan azyaşlı xilas edildi

Qazaxda köməksiz qalan azyaşlı xilas edildi
  04 İyun 2021    Oxunub:1187
Qazax rayonunda bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Azyaşlı  





Xəbər lenti