Ukrayna səfirliyindən Kəlbəcərdəki hadisəyə münasibət

Ukrayna səfirliyindən Kəlbəcərdəki hadisəyə münasibət
  04 İyun 2021    Oxunub:885
"Qarabağ müharibəsinin əks-sədaları hələ də Azərbaycan torpağında eşidilir".
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyinin rəsmi "Facebook" səhifəsində paylaşım edilib.

"AzTV və AZƏRTAC xəbər agentliyinin əməkdaşlarının həlakı barədə xəbər bizi son dərəcə sarsıtdı. Yaralananlara şəfa diləyirik. Təəssüflər olsun ki, Qarabağ müharibəsinin əks-sədaları hələ də Azərbaycan torpağında eşidilir", - deyə səfirlik qeyd edib.

Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Azvision.az



Teqlər: Ukrayna   Səfirlik  





Xəbər lenti